Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-01 11:12:49
Təhsil İnstitutu müəllimlərin peşəkar inkişafı üçün təlimləri davam etdirir  

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı yönündə təlimləri davam edir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, Bakıdakı 35 və 227 nömrəli tam orta məktəblərdə bu istiqamətdə təlimlər təşkil edilib. Müəllimlər 24 saatlıq təlim proqramında iştirak ediblər. Təlimlərin əsas məqsədi müəllimlərin perspektiv və gündəlik planlaşdırmanın aparılması bacarıqlarının təkmilləşdirilməsi olub.

 

Təlimdə iştirakçılar özləri seçdikləri bir dərsin gündəlik planlaşdırmasını hazırlayıb təqdim ediblər.

 

Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə müəllimlərin peşəkar inkişafı üçün onların tədris ehtiyaclarına uyğun müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.