
2018-03-14 09:26:42
"Əməliyyat olunan şagirdlər palataya köçürülüblər” - Direktor danışdı
Bu barədə AzEDU.az-a martın 11-də qəzaya uğrayan şagirdlərin təhsil aldığı Yevlax rayon 1 saylı Aran tam orta məktəbinin direktoru Yusif Bayramov məlumat verib.
Onun sözlərinə görə, birbaşa Təhsil Nazirliyinin nəzarəti altında şagirdlərin müalicəsi davam etdirilir:
“Mən hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındayam. Xəstələrin vəziyyəti stabildir. Artıq reanimasiyadan palataya köçürülüblər. Səhhətlərində irəliləyiş var, qorxulu heç nə yoxdur. Müəyyən zədələri, sınıqları var ki, onlar da müalicə olunur. Hər gün burada oluram. Şahidiyəm ki, hər şey Təhsil Nazirliyinin birbaşa nəzarətindədir.
Şagirdlərin də yanında ya anaları, ya da xalaları qalır. Bütün xərclər də Təhsil Nazirliyi tərəfindən ödənilir”.
Qeyd edək ki, martın 11-də imtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb. Yaralıların bir qismi Yevlax rayon Mərkəzi Xəstəxanasına, daha ağır yaralılar isə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Nəzrin Cavid
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16