Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-02 16:16:00
Azərbaycanda daha 51 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 823 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 117 nəfər müalicə olunaraq sağalıb, 9 951 nəfər vəfat edib, aktiv xəstə sayı 301 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 188, hazırkı dövrədək isə 7 325 464 test aparılıb.