Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 17:29:00
FHN müəllimlər üçün mülki müdafiə kursları təşkil etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi paytaxtın ümumtəhsil müəssisələrinin mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün üçgünlük kurslar keçirib.

FHN-dən AzEdu.az-a bildiriblər ki, kursların keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən müəllimlərin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Kurslarda Bakı Regional Mərkəzinin, FHN-in Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Tədbir nəzəri və praktik hissələrdən ibarət olub.

Həmçinin iştirakçılara Bakı Regional Mərkəzinin xilasediciləri tərəfindən “Sprinter” (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu xüsusi alət və avadanlıqlar, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən maneken-mulyaj üzərində xəsarət alanlara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları nümayiş olunub.

Kurslarda 4500-ə yaxın müəllim iştirak edib.