
2018-03-14 09:51:06
"Məsuliyyətə cəlb olunmalıdır...” – Şagirdlərin abort qalmaqalına daha bir deputat qoşuldu
Milli Məclisin daha bir deputatı son günlərin qalmaqallı mövzusuna çevrilən 1200 şagirdin abort etdirməsi ilə bağlı məsələyə münasibət bildirib.
Elm və Təhsil komitəsinin üzvü Kamilə Əliyeva AzEdu.az-a açıqlamasında bu göstəriciləri əsassız hesab etdiyini vurğulayıb:
“Təhsil eksperti Kamran Əsədovun bu məlumatları hardan götürdüyü bəlli deyil və rəqəmlər qətiyyən inandırıcı görünmür.
Bu cür yalan məlumatların mediada yayılması təhsilimizə mənfi təsir göstərir. Buna son qoymaq lazımdır. Vəzifəsindən və kimliyindən asılı olmayaraq, hər bir şəxs hansısa məsələ haqqında məlumat verirsə, o, öz üzərində məsuliyyət hiss etməlidir. Kimin elə necə gəldi məlumat yayması, cəmiyyətə həqiqəti əks etdirməyən informasiyaların ötürülməsi çox ciddi məsələdir. Bu həm şagirdlərin psixologiyasına, həm də təhsilə mənfi təsir edir. Dəqiq olmayan məlumatlar paylaşan hər kəs məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır”.
Qeyd edək ki, məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev, Kamran Əsədovun paylaşdığı rəqəmləri cəfəngiyat adlandırıb.
Bu bölməyə aid digər xəbərlər
4 məktəb, 5 bağça müdiri işdən ÇIXARILDI
2024-05-30 08:30:33
9-cu sinif şagirdi 30 yaşlı kişi ilə evləndirilir? - Polis hərəkətə keçdi
2024-05-25 09:19:00
Direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir
2024-03-29 17:35:39
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH
2024-03-23 10:05:00
Şagirdləri tətil müddətində dərslə yükləmək doğru deyil
2024-03-19 16:00:49
Azərbaycanda altıncı sinif şagirdi vəfat etdi- FOTO
2024-03-18 10:12:01
Kim gəldi ekspertlik edir, cəzasını təhsil, xalq çəkir...
2024-03-11 16:06:00
65 yaşında müəllimi çıxarırıq, sonra da kadr axtarırıq…
2024-02-27 14:11:14
DİN: Məktəbli qızın qeyri-etik davranışına dair görüntülər araşdırılır
2024-02-19 23:48:00
Bağçada səs yazısı yayılıb: Təsərrüfat müdiri işdən çıxarıldı - YENİLƏNİB
2024-02-14 19:40:00