Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-05 14:56:00
AzTU Türkiyənin nüfuzlu universitetilə əməkdaşlıq edəcək

Noyabrın 4-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Türkiyə biznes forumu keçirilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay biznes forumun açılışında iştirak ediblər.

 

Ə.Əsədov və F.Oktay biznes forumun açılışında çıxış ediblər. Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

 

Biznes forum çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə İstanbul Gedik Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Sənədi rektorlar Vilayət Vəliyev və Ahmet Kesik imzalayıblar.