Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-05 17:24:00
Tələbələr təlim səfərində iştirak ediblər 

5 noyabr tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə BDU, ADPU və AzTU-nun “SABAH Magistratura” proqramı üzrə təhsil alan tələbələri “İnnovativ və strateji lider” təlimi çərçivəsində SABAH.lab-da təlim səfərində iştirak ediblər. 

 

AzEdu.az xəbər verir ki, təlimi açıq elan edən SABAH.lab-ın “Program Associate”i Rafiq Alverdiyev SABAH.lab haqqında təlim iştirakçılarına ümumi məlumat verib. Daha sonra SABAH.lab-ın İnkubasiya mərkəzinin icraçı direktoru Talifa İsgəndərli SABAH.lab İnkubasiya mərkəzi haqqında danışaraq, mərkəzdə görülən işlər, mərkəzin ekosistemi, startaplara dəstək prosesindən danışıb. SABAH.lab-ın icraçı direktoru Orxan Abbasov SABAH.lab Akselerasiya mərkəzi, orada görülən işlər, yeni şirkətlərin qurulması və inkişafına mərkəzin dəstəyi haqqında geniş məlumat verib. 

 

Təlimin ikinci hissəsində “Tenter” komandasının CEO-su Ləman Əliyeva və “Bookshifa” komandasının CEO-su Allahverdi Əliyev öz startapları haqqında tələbələrə geniş məlumat veriblər. İnteraktiv formada keçən təlimdə tələbələrin bütün sualları cavablandırılıb.

 

Qeyd edək ki, ARTİ ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.