Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-05 17:37:00
Paytaxt məktəblərində Zəfər bağı salınıb  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Zəfər bağı salınıb.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtdakı 8 ümumi təhsil müəssisəsinin (10, 54, 71, 80, 207, 230, 252 və 313 nömrəli) hər birində rəmzi olaraq 44 ağac əkilib.

 

Vətən şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbirdə məktəblərin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbirlərdə iştirak edənlər Azərbaycan Ordusunun Zəfər yürüşündən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər. Bildirilib ki, burada əkilən fidanlar Vətən şəhidlərinin ruhuna olan sədaqət nümunəsi kimi xatırlanacaq.

 

Mərasimlərdə şagirdlər Vətəndən, şanlı Zəfərimizdən bəhs edən şeirlər söyləyib, “Qarabağ Azərbaycandır!” şüarı və hər rayon azad olunan zaman Ali Baş Komandanın dediyi sitatları səsləndiriblər.

Qeyd edək ki, ağacəkmə aksiyası BŞTİ tərəfindən keçirilən “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində təşkil olunub.