
Sentyabrın 10-dan 14-dək Qərbi Kaspi Universitetində türkiyəli professor Əhməd Mutlu Gözlərin seminarları təşkil ediləcək.
Universitetindən AzEdu.az-a verilən məlumata görə, əsası 1972-ci ildə qoyulan Rizə Texniki Universitetinin (indiki Rəcəb Tayyip Ərdoğan Universiteti) su məhsulları fakültəsinin müəllimi, professor Əhməd Mutlu Gözlər Qərbi Kaspi Universitetinin Tətbiqi və Təbiət Elmləri Məktəbinin müəllimləri və magistrləri üçün mühazirə oxuyacaq.
Seminarlarda “Türkiyədə balıqçılığın və su bioresurslarının yetişdirilməsi” və “Qara dənizin Türkiyə sahillərinin ekologiyası” mövzuları barədə məlumat veriləcək. Eyni zamanda, biologiya, ekologiya, su bioehtiyatları və akvabitkilər ixtisasları üzrə tədrisin təşkili ilə bağlı müzakirələr aparılacaq, türkiyəli professor ölkəsinin bu sahədəki təcrübəsini iştirakçılarla bölüşəcək.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti və Rəcəb Tayyip Ərdoğan Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılır.