
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin“Təhsildə İnkişaf və İnnovasiyalar üzrəVI Qrand layihə”sində fərdi kateqoriya üzrə qalib olmuş Sara Selcanın(Şirinovanın)”Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma üzrə müsabiqələrin keçirilməsi” çərçivəsində görüşlər davam edir.
AzEdu.az xəbər verir ki, 01.11.2022-ci il tarixdə keçirilən təlimdə Hacıqabul rayonu üzrə ümumtəhsil məktəblərinin ədəbiyyat sahəsində istedadlı şagirdləri ilə şair,publisist,AYB-nin üzvü,Azərbaycanın əməkdar mədəniyyət işçisi,Azərbaycan jurnalında poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadənin Ustad dərsi təşkil olunmuşdur.
Layihənin məqsəd və vəzifəsini,davamlılığını düzgün qiymətləndirən şair şagirdlərə müasir Azərbaycan poeziyasının qədimliyindən,məna qatlarından,dövrün şeir tələblərindən söz açmışdır.Yaradıcılıqda istedadın düzgün yönləndərilməsindən,sənətkarlıq məsələlərindən danışan şair məktəbli ədiblərə öz məsləhətini vermişdir.
Görüşdə layihə iştirakçısı olan yaradıcı məktəblilərdən H.Arzu,Seyidməmməd,Ayşən öz şeir və hekayələrini səsləndirmişlər.Qəşəm Nəcəfzadə şagirdlərin şeirləri barədə öz təəssüratını bildirmiş,tövsiyələrini çatdırmışdır.Vaxtilə poeziya sahəsində ”Pərvanə”ədəbi məclisini təşkil edən şair ədəbi məclislərin güclü qələm sahibləri yetişdirməsində böyük rolu olduğunu bildirərək bu layihənin də yaradıcı şagirdlərin inkişafına böyük töhfə verəcəyinə əminliyini dilə gətirmişdir.
Şagirdlərin suallarını cavablandıran şair onlar uğurlu yol arzulamış,istedadlı insanlara hər zaman dəstək olacağını bildirmişdir.