
2018-09-09 10:21:00
5-ci sinif şagirdi 3 yaşlı usağı boğulmaqdan xilas etdi-FOTO
Dağıstan Respublikasının Qunib rayonunun rəhbərliyi üç yaşlı uşağı ölümdən xilas etmiş beşinci sinif şagirdi Hacı Baaçevi fəxri diploma layiq görüb.
AzEdu.az xəbər verir ki, ibrətamiz olay bir neçə gün öncə Soqratlı kəndi yaxınlığında baş verib. Kənd uşaqları dərin hovuzun yanında oynayarkən 3 yaşlı bir uşaq suya yıxılıb və batmağa başlayıb. Bunu görən 11 yaşlı Hacı Baaçev tərəddüd etmədən suya atılıb. Məktəbli böyük çətinliklə də olsa, boğulmaqda olan azyaşlı oğlanı sahilə çıxarmağa müvəffəq olub və ona ilk yardım göstərib.
Balaсa xilaskara tərifnamə və hədiyyə təqdim edən rayon administrasiyasının nümayəndəsi Umaxan Çupanov bütün kənd adından onun valideynlərinə minnətdarlıqlarını ifadə edib.
"Sənin hərəkətin rayonun bütün məktəbliləri üçün layiqli nümunədir. Sən qəhrəmanlıq və cəsarət rəmzi oldun. Sənə təhsildə uğurlar və idman zəfərləri diləyirəm ", - deyə U.Çubanov bildirib. (Moderator.az)
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16