Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 17:33:00
“DİM İnformatika üzrə test toplusunu bu il hazırlamayacaq”-Ballar düşə bilər

 

 

“DİM  birinci Rİ altqrupu (informatika fənni üzrə imtahanın olduğu altqrup)   üzrə keçid  ballarını aşağı salmaq məcburiyətində qalacaq”.

 

Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən verilən qərara  uyğun olaraq, 2023-cü ildə keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.

 

Birinci ixtisas qrupu fənnləri sırasına informatika fənninin əlavə olunmasına baxmayaraq, DİM tərəfindən hələdə test toplusu tərtib edilməyib.

 

Bəs test toplusunun olmaması abituriyentlər üçün hansı çətinliklər yaradacaq?

 

İnformatika fənni üzrə təlimçi Tural Sofuyev AzEdu.az-a açıqlamasında DİM tərəfindən cari il üçün test toplusunun  nəşr olunmayacağını ehtimal edir:

 

“Baş verən proseslər şagirdlər arasında çaşqınlığa səbəb olub. Bildiyimiz kimi, çap olunan vəsait nəzəri əsasları  tam olaraq əhatə edə bilməyib. Bütün bunlardan belə bir nəticəyə gələ bilərik ki, informatika fənni üzrə imtahan sualları sadə formada tərtib edilməlidir. Bu zaman repetitor bacarıqları xüsusi rol oynayır.  Şagirdlər repetitor yanına üz tuturlar.  İmtahan zamanı nəzəriyyənin çərçivəsindən kənara çıxılsa, abituriyent mövzunu qavrıya bilməyəcək. Bu da, çox saylı şikayətlərə səbəb olacaq. DİM  birinci  (Rİ alt qrupu) üzrə ixtisas ballarını aşağı salmaq məcburiyyətində qalacaq”.

 

Təlimçi müəllifi olduğu “İnformatika bələdçisi” vəsaitinə diqqət çəkib:

 

“Hal-hazırda bu kateqoria üzrə DİM proqram əsasında hazırlanan ilk və tək  dərs vəsaiti bizə aiddir. Burada biz proqram çərçivəsini qorumaqa çalışmışıq. DİM tərəfindən istifadə olunan hər bir termini test toplusuna əlavə etmişik ki, abituriyentlər üçün heç bir çətinlik yaranmasın. Hal-hazırda tam əhatəli və yararlı tək vəsait budur-deyə, o bildirib”.

 

Murad Əliyev