
2022-11-17 09:42:00
Direktor müavinlərinin işə qəbulu keçirilir - Bu ərazilərdə
Noyabrın 17-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.
Qeyd edək ki, test imtahanı mərhələsi Mingəçevir şəhəri R.Muradov adına Texniki humanitar liseydə (ünvan: Mingəçevir ş. R.Rza küçəsi 14) keçiriləcək. İmtahanın keçirilmə müddəti 80 dəqiqədir. Namizədlərə pedaqogika və metodika, təhsil və əmək qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək.
İmtahan saat 10:00-da başlayacaq.
İmtahanda iştirak edəcək namizədin imtahan keçiriləcəyi binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olmağı mütləqdir. Eyni zamanda namizədlər imtahan mərkəzinə imtahan müddəti başlamazdan ən azı 30 dəqiqə əvvəl yaxınlaşmalıdırlar.
Həmçinin müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin əlaqə nömrələrinə bu barədə SMS bildiriş və ya zəng vasitəsilə məlumat bildirilib.
Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41