Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-17 18:16:00
Gənc  yazar  Hacıqabul məktəbliləri ilə görüşdü-Təhsil söhbətləri-FOTO

 

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrand layihə”sində fərdi kateqoriya üzrə qalib olmuş, Hacıqabul rayon V.Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin müəllimi Sara Selcanın(Şirinovanın)”Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma üzrə müsabiqələrin keçirilməsi”  çərçivəsində görüşlər davam edir.

 

Açıklama yok.

Layihə çərçivəsində növbəti görüş AYB-nin Gənclər Şurasının üzvü, DGTYB İdarə Heyətinin üzvü, Azedu Təhsil Portalının baş redaktoru,gənc yazar Elmin Nuri ilə olub.

 

Açıklama yok.

Onlayn formada, ZOOM  platforması üzrəindən baş tutan görüşdə yazar  hacıqabullu məktəblilərlə layihənin önəmindən danışıb. Yaradıcı şagirdlərin şeirlərini dinləyən şair onlarla dialoq quraraq öz təəssüratını bölüşüb.

 

Açıklama yok.

Şagirdlərdən  M.Seyidməmməd, A.Aytac Q.Ayşən, M.Surə, A.Gülövsə yazara suallar vermiş,öz yaradıcılıq nümunələrini təqdim etmişlər.

 Açıklama yok.

Kitabın və təhsilin önəmindən danışan Elmin Nuri bugünkü şagirdlər üçün daha geniş imkanlar yaradıldığını və onların bu imkanlardan maksimium yararlanmasını tövsiyə etmişdir.