
2022-11-19 13:26:00
LDU-da bioloji mövzuda maarifləndirici seminar-FOTO
Lənkəran Dövlət Universitetində (LDU) “Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, akvakulturanın inkişafı, fauna və flora növlərinin bərpa edilməsi” mövzusunda növbəti maarifləndirici seminar keçirilib.
AzEdu.az xəbər verir ki, seminarı giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov açaraq tədbirin “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan Tədbirlər Planının icrası çərçivəsində keçirildiyini bildirib.
Təbiyyat fakültəsinin “Biologiya və ekologiya” kafedrasının müdiri, dos. Məmmədhüseyn Hüseynov “Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması, akvakulturanın inkişafı, fauna və flora növlərinin bərpa edilməsi” mövzusunda geniş məruzə edib.
Tədbirdə Ətraf mühitin mühafizəsi metodları və bərpası ixtisaslaşmasının II tədris ili magistrantı Günay Əliyevanın “Azərbaycan Respublikasının bioloji müxtəlifliyi” mövzusunda, Ətraf mühitin mühafizəsi metodları və bərpası ixtisaslaşmasının II tədris ili magistrantı Lalə Nəzərlinin “Bioliji müxtəlifliyin azalmasına səbəb olan amillər haqqında” çıxışları dinlənilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39