Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-19 17:17:00
Azərbaycanda daha 34 nəfər COVID-19-a yoluxub, üç nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən üç nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 721 nəfər müalicə olunaraq sağalıb, 9 972 nəfər vəfat edib, aktiv xəstə sayı 230 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 084, hazırkı dövrədək isə 7 353 336 test aparılıb.