Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-20 12:25:00
"Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsin"nin açılış mərasimi keçirilib
18 noyabr 2022-ci il tarixində Y.Nəsirov adına Sərək kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsin"nin fərdi kateqoriyası üzrə qalib olan layihənin açılış mərasimi keçirilib.
 
 
AzEdu.az xəbər verir ki, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zamiq Mirzəyevin rəhbəri olduğu "Psixoloji dəstəklə təhsilə şagird qazan" adlı qrant layihəsinin açılış tədbirində Astara rayon təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, təhsil sektorunun əməkdaşları, Sərək kənd tam orta məktəbin direktoru Nuranə Həmidova, məktəbin müəllim və şagird kollektivi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Astara üzrə koordinatoru Firuzə Mirzəyeva, AGMA-nın Astara üzrə müəllim kollektivi, Astara Şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, ötən illərdə Qrant Müsabiqə qalibləri olmuş Artupa kənd tam orta məktəbin direktoru Aynur Muradova və Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbin direktoru Elnur Quliyev, Loqos Nitq mərkəzinin psixoloqu Fərrux Əliyev iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
 
Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Layihə rəhbəri Zamiq Mirzəyev çıxış edərək layihə haqqında qonaqlara ətraflı məlumat verdi. Layihənin eksperti Firuzə Mirzəyeva layihənin gedişini özündə əks etdirən videoçarxı qonaqlara təqdim etdi. Psixoloq Fərrux Əliyev çıxışında layihənin şagirdlərin inkişafında, risk qrupuna daxil olanların motivasiya edilməsində xüsusi rolunu qeyd etdi. Sonda tədbir çay süfrəsi arxasında davam etdi.