Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-22 16:39:00
Nazir Qarabağda tikiləcək məktəblərdən danışdı  

İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 200-dək müasir məktəbin tikilməsi planlaşdırılıb. 

 

AzEdu.az  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin davam etdirildiyini və müasir standartlara uyğun məktəblərin tikildiyini bildirib.

 

O, Şuşa, Laçın, Füzuli, Suqovuşan qəsəbəsi, Cəbrayıl, Zəngilan və Kəlbəcərdə məktəblərin tikiləcəyini vurğulayıb.