Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-23 09:23:00
İmtahandan keçən namizəd neçə il direktor işləyə bilər? - CAVAB 

 

Direktorların işəqəbulu üzrə müsabiqədə namizədləri xüsusi ilə narahat edən və  ən çox verilən suallardan biri də budur:

 

-Direktorların işə qəbul imtahanından keçən şəxslər müddətli, yoxsa müddətsiz əsaslarla işə qəbul edilirlər?

 

Cavab:

 

Direktorların işə qəbulu müsabiqəsinin bütün mərhələlərindən uğurla keçənlər vəzifəyə yalnız 1 il müddətinə təyin edilirlər. Yəni, MİQ-dən fərqli olaraq, burada müddətsiz müqavilə ilə işə qəbul yoxdur. Müsabiqədən keçənlər yalnız müddətli müqavilə əsasında işə götürülürlər.

 

Amma 1 ilin tamamında seçilən namizədlərin göstərdiyi xidmət qiymətləndirilir. Məktəbin buraxılış nəticələri, namizədin həmin müəssisədəki fəaliyyəti-hər biri nəzərə alınır. Bu qiymətləndirmədən asılı olaraq artıq direktor olan həmin namizədlə yenidən bir il müddətində müqavilə bağlana və ya onun əmək müqaviləsi müddətsiz əsaslara keçirilə bilər.