
2018-09-10 12:12:00
Müəllimlər MİQ imtahanında ən çox bundan narazı qalıblar – Sorğunun nəticəsi
Müəllim olmaq istəyən şəxslər, artıq MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanlarında iştirak edərək uyğun vakansiyalar üzrə yerləşdiriliblər. Hazırda isə boş qalan yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulu prosesi davam etdirilir.
AzEdu.az “MİQ imtahanlarında müəllimləri ən çox narazı salan məqamlar hansılardır?” - sualı ilə sorğu keçirib.
Sorğuya əsasən, onlar ən çox (26.8%) MİQ imtahanlarında vakant yerlərin azlığından şikayət edirlər. Bundan sonra isə müəllimlər üçün ən narahat məqamlar imtahandan sonra sualların doğru cavablarının bilinməməsi və kurikulum, məntiqə dair sualların həddən artıq mürəkkəbliyidir.
Sorğunun nəticələrini təqdim edirik:
- Vakant yerlərin həddindən artıq az verilməsi – 26.8%
- Sualların doğru cavabların bilinməməsi. – 14%
- Kurikulum və məntiqə aid sualların çaşdırıcı və həddindən artıq mürəkkəbliyi – 12.8%
- Sualların eyniliyi: Səhər və günorta vaxta imtahana daxil olan müəllimlərə bəzən eyni sualların verilməsi – 7.6%
- Komissiya üzvlərinin tərkibindəki uyğunsuzluq və ekspertlərlə bağlı narazılıq – 5.6%
- Test və müsahibə mərhələsinə hazırlaşmaq üçün lazımı metodiki vəsaitin çatışmazlığı – 4.8%
- İmtahan məntəqəsinin bölgələrdə deyil, yalnız Bakıda yerləşməsi – 4.4%
- Kurikulumla bağlı lazımı vəsaitin demək olar ki, olmaması – 4.4%
- Qonaq qismində gələnlərin və media nümayəndələrinin imtahanın gedişini birbaşa imtahan zalından izləməsi – 4%
- İxtisasa dair sualların daha çox ənənəvi formada hazırlanması – 4%
- Eyni fənn üzrə imtahanların bir neçə sessisiyada təşkil olunması – 4%
- Müsahibədə texniki fənn müəllimlərinə tarixi-humanitar sualların həddindən artıq çox verilməsi – 4%
- Komisiya üzvlərinin sosial şəbəkədə özünü bildirməsi – 3.6%
Bu bölməyə aid digər xəbərlər
Peşə məktəblərinə müəllimlərin işə qəbul imtahanları KEÇİRİLƏCƏK
2023-07-28 11:54:20
MİQ-də bu namizədlər üçün vakansiya seçiminin nəticələri açıqlandı
2023-07-25 21:34:04
MİQ-də bu 4 fənn üzrə namizədlərin yaxşı şansı var
2023-07-25 15:32:42
MİQ-də maraqlı situasiya: bu fənn üzrə vakansiya çox, namizəd AZDIR
2023-07-21 13:09:37
MİQ-də ən böyük rəqabət bu 3 fənn üzrə GEDİR
2023-07-21 10:47:38
MİQ-də vakansiya seçiminin vaxtı AÇIQLANDI
2023-07-20 21:46:30
MİQ-də vakansiya seçimi BAŞLAYIR
2023-07-20 16:20:27
MİQ imtahanındakı səhv etiraf olundu - Namizədlərin balı ARTIRILDI
2023-07-18 19:44:52
Nazirlikdən MİQ imtahanları verən Azərbaycan dili və ədəbiyyat müəllimlərinə XƏBƏR VAR
2023-07-17 11:33:01
MİQ-də 7 fənn üzrə apellyasiya müraciətləri...
2023-07-17 10:51:12