Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-25 10:46:00
XXV Respublika Elmi Konfransının bağlanış mərasimi keçirilib-FOTO  

24 noyabr tarixində Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə doktorant və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransının (NASCO XXV) bağlanış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, mərasimdə bölmə rəhbərləri konfransın gedişatı haqqında öz fikirlərini bildiriblər.

 

NASCO XXV bağlanış mərasimində çıxış edən BANM-ın rektoru Elmar Qasımov və Təhsil İnstitutunun direktoru Rüfət Əzizov konfransda iştirak edən doktorant və gənc tədqiqatçılara öz tövsiyələrini və iştirakçılara təşəkkürlərini bildiriblər.