
“Ali təhsil ölkənin iqtisadi və sosial inkişafının drayverinə çevrilməlidir. Bu isə ali təhsildə dəyişiklərin xarakterindən asılıdır”.
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov qeyd edib.
Rektor bu istiqamətdə müəyyən dəyişikliklərik zəruri olduğunu vurğulayıb:
“Ölkənin iqtisadi və sosial inkişafında ali təhsilin rolunun konkretləşdirilməsi bu sahədə konkret hədəflərin müəyyən edilməsini zəruri hesab edir. Başqa sözlə, ali təhsildə proseslərin idarə edilməsinindən daha çox nəticələrin idarə edilməsinə fokuslanmaq daha faydalı görünür. Yəni, ali təhsildə aralıq (yekun hədəflərə xidmət edən qısamüddətli) və yekun hədəflərin (uzunmüddətli) dəqiqləşdirilməsinə ehtiyac olduğunu düşünürük”.