Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-28 16:10:00
“ASAN Könüllüləri”nin bir qrup üzvü ADNSU-da ekskursiyada olub

Noyabrın 28-də “ASAN Könüllüləri” Gənclər Təşkilatının bir qrup fəal üzvü Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tərkibində fəaliyyət göstərən  Mineralogiya muzeyində ekskurisyda olublar.

 

AzEdu.az xəbər verir ki, könüllülər muzeydə qorunub saxlanılan müxtəlif növ mineral eksponatlarla tanış olublar. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev mineralların adı, kimyəvi tərkibi və tapıldığı yataqlar haqqında ziyarətçilərə ətraflı məlumat verib, onları Azərbaycan xəritəsində bölgələr üzrə mineral yataqlarının yerləşdiyi ərazilərlə tanış edib.

 

Xoş təəssüratlarla universitetdən ayrılan gənclər belə zəngin bir muzeylə tanışlıqdan məmnun olduqlarını bildiriblər.