Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-28 16:23:00
UNEC-də məlumat bazasının formalaşdırılması ilə bağlı seminar keçirilib

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə SPSS proqram paketində məlumat bazasının formalaşdırılması mövzusunda onlayn seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarı giriş sözü ilə açan şöbə müdiri Rəna Hüseynova mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, müasir tədqiqat işlərinin yerinə yetirilməsində lazım olan analizləri daha tez və daha dəqiq şəkildə əldə etmək üçün SPSS proqramından istifadənin öyrənilməsi artıq günümüzün tələbinə çevrilib.

 

Mərkəzin rəhbəri Esmira Əhmədova təlimin əhəmiyyəti, SPSS böyük həcmli data ilə işləyən, daha tez və daha dəqiq statistik araşdırma aparmaq istəyən hər kəsin seçimidir. Bu təlim proqramı tezliklərin hesablanması, qrafik və siyahıların tərtib olunması kimi çox sadə hesablamalardan daha çətin sayılan logistik reqressiya, çoxdəyişənli statistika analizi, modelləşdirmə və klaster analizi kimi bir çox bilikləri özündə birləşdirən önəmli bir proqramdır.

 

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən ona ünvanlanan suallar cavablandırılıb.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

 

Seminarı LİNKƏ keçid etməklə izləyə bilərsiniz.