2022-2023-cü tədris ilinin payız semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.
AzEdu.az xəbər verir ki, Təhsil Tələbə Krediti Fondundan,bu günə qədər 3471 nəfərə TTK verilib.
Onlardan 1348 nəfərin müraciəti sosial TTK, 2123 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.