Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 09:30:00
UFAZ-da “Sivilizasiya tarixində rəqəmsal texnologiyalar” mövzsunda seminar keçirilib

Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Milli Araşdırmalar Mərkəzi və Paris-Sorbon Universitetinin tədqiqatçısı, həmçinin Aleksand Koyre Mərkəzinə bağlı araşdırmaçı (CNRS-EHESS) Dr. Pyer Munye Kün tərəfindən “Sivilizasiya tarixində rəqəmsal texnologiyalar” mövzusunda seminar keçirilib.

Universitetdən AzEdu.az-a verilən xəbərə görə, tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş katibi Şarlotta Payen, mətbuat katibi Nəzrin Mirzəyeva, UFAZ, eləcə də digər universitetlərin professor-müəllim heyəti və tələbələr iştirak edib.

İnformasiya Texnologiyalarının yaranma tarixi və elmin inkişafında önəmindən bəhs edən Dr. Pyer Munye Kün bu sahədə qadınların rolundan da bəhs edib. Belə ki, 60-70-ci illərdə qadınlar üçün kompüter elmində “Qızıl dövr” olduğunu vurğulayan doktor Kün bu fəallığın illər ərzində tədricən azaldığını bildirib.

Sonda Dr. Pyer Munye Kün tələbələri və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.