
AzEdu.az 2018-də elmi-tədqiqat işlərinə ən çox vəsait ayıran ölkələrin ilk onluğunu təqdim edir. Qeyd edək ki, həmin ölkələrdə elmə xərclənən pulların məbləği milyard dollarlarla ölçülür.
UNESCO-nun hazırladığı siyahını nəzərinizə çatdırırıq:
İlk yerdə dünyanın super gücü hesab olunan ABŞ qərarlaşıb. Orada 2018-ci ilin 8 ayı ərzində elm sahəsində 476.5 milyard dollar xərclənib.
İkinci yerdə isə dünya iqtisadiyyatının yaxın gələcəkdəki lideri hesab olunan Çin gəlir. Asiya nəhəngində elmə sərf olunan valyutanın dəyəri 370.6 milyarddır. Daha bir Asiya divi olan Yaponiyada bu göstərici 170.5 milyarddır.
Avropada isə ilk yerdə Almaniya qərarlaşıb. Bu ölkədə 2018-ci ildə elmə 109.8 milyard dollar vəsait ayrılıb. Almaniya ümumi siyahının 4-cü pilləsində qərarlaşıb.
İlk beşliyi daha bir Avropa nəhəngi Fransa qapayır - 73.2 milyard dollar.
İlk onluqda yer alan digər dövlətlər bunlardı:
Cənubi Koreya: 60.8
Hindistan: 48.1
İngiltərə: 44.2
Braziliya: 42.1
Rusiya: 39.8