
2018-09-11 12:07:22
“Bu il 41 min şagird tələbə adını qazanıb” - Təhsil Naziri
"Qarşıdan gələn tədris ilində Azərbaycanda 165 minə yaxın şagird ilk dəfə məktəbə qədəm qoyacaq".
AzEdu.az xəbər verir ki, bunu mətbuata açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir həmçinin deyib ki, bu il, təqribən, 41 min şagird isə tələbə adı qazanıb: "Bu, ötən illərlə müqayisədə ən yüksək göstəricidir".
C.Bayramov əlavə edib ki, Heydər Əliyev Fondu və başqa bir sıra qurumların dəstəyi ilə bu il 76 təhsil müəssisəsinin əsaslı təmiri yaxud yenidən qurulması işləri planlaşdırılıb: "Bundan əlavə, 137 modul tipli məktəbin də quraşdırılması nəzərdə tutulub. Onların da böyük əksəriyyətində işlər yeni tədris ili başlanana qədər tamamlanacaq".
"Bu il üçün ümumilikdə 332 adda 7 mln.a yaxın tədris vəsaiti çap olunub və bütün məktəblərə paylanıb" - nazir əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Dövlət Proqramı məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib
2024-04-02 13:47:23
“Maarifçi” proqramının iştirakçıları ilə görüş keçirilib
2024-04-01 17:22:00
Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb
2024-03-18 17:43:46
Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçiriləcək
2024-01-12 17:50:35
Təhsil kreditinə dair müraciət edənlərin SAYI
2023-08-30 13:32:00
Nazir: "Olimpiada qaliblərinin imtahanlarda topladıqları bal adətən 650-dən çox olur"
2023-07-14 15:40:37
Nazir: “Bəzi ixtisaslar üzrə təhsili 4 ildən 3 ilə endirməyi düşünürük”
2023-06-21 11:55:04
Tələbə qəbulunda dövlət sifarişli yerlərin sayı ARTDI
2023-06-09 12:33:00
SABAH qruplarına tələbə seçimi başlayır
2023-05-26 12:01:01
Təhsil krediti alan və müraciətinə “yox” deyilən tələbələrin SAYI
2023-05-18 15:44:42