Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 09:40:00
İspaniya universitetinə proqramı çərçivəsində qəbul elan edilir 

İspaniyanın Kordoba Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan olunur.

AzEdu.az xəbər verir ki, proqramda bakalavriatura və magistratura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.

Seçiləcək tələbə sayı: 2 nəfər

Müraciət üçün əsas şərtlər:

  • Tələbənin ümumi orta balı (ÜOMG) 81-dən yuxarı olmalı;
  • İngilis dili ən az B2 səviyyəsində olmalı;
  • Bakalavr pilləsi üzrə 2,3 və ya 4 kurs tələbəsi olmalı;
  • Magistr pilləsi üzrə 2-ci kurs tələbəsi olmalı.

Müraciət üçün son tarix: 13 dekabr 2022-ci il

Tələb olunan sənədlər:

  • ƏRİZƏ
  • Transkript (bütün semestrlər üzrə)
  • CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
  • Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
  • Niyyət məktubu (ingilis dilində)
  • Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).

Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Kordoba Universiteti» yazılmalıdır.