Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 12:26:00
Əhməd Cavadın 130 illiyinə həsr olunan esse müsabiqəsi keçirilib

Ümumi fənlərin tədrisinin təşkili departamentində "Azərbaycan dili" kafedrasının təşkilatçılığı ilə Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş esse müsabiqəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, müsabiqədə dosentlər Mətanət Əmrahova, Çinarə Qəhrəmanova, Gülbəniz İsmayılzadə və baş müəllim Könül İbrahimovanın tələbələri daha fəal iştirak ediblər.

 

I yeri Biznes və menecment fakültəsinin 908-ci qrup tələbəsi Akif Qafarlı, II yeri Maliyyə və mühasibat fakültəsinin 646-cı qrup tələbəsi Fərid Musayev, III yeri isə Maliyyə və mühasibat fakültəsinin 630-cu qrup tələbəsi Selcan Kərimli qazanıb. Hər üç tələbəyə diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.