
Dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı məşhur zeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəvəsi Səfiyyə xanım və nəticəsi, fəlsəfə doktoru, neftçi-geoloq Nazim Abdullayev ilə görüşüb.
AzEdu.az xəbər verir ki, qonaqları universitetdə salamlayan rektor, professor M.Babanlı ADNSU-da görülən işlər, əməkdaşlıq əlaqələri və tədris prosesindən danışıb. XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevlə bağlı fikirlərini bölüşüb, onun ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyətindən bəhs edib.
Doğma universitetdə olmaqdan məmnunluğunu bildirən tanınmış xeyriyyəçi H.Z.Tağıyevin nəticəsi neftçi-geoloq N.Abdullayev universitetdə tədrisin keyfiyyətinin və elmi potensialın müasir standartlara uyğunlaşdırılması itiqamətində görülən işləri yüksək qiymətləndirib.