Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 13:30:00
“Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması” layihəsinin nəticələri açıqlandı

Sentyabrın 11-də Bakıda BP şirkəti ilə Təhsil Nazirliyimin birgə həyata keçirdiyi “Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması” layihəsinin nəticələrinə həsr edilən tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin inkişafına dəstək məqsədilə hazırlanmış və çap olunmuş 29 yeni dərslik və tədris materialları təqdim edilib.

BP-nin Azərbaycan, Gürcüstan, və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, yeni dərsliklər və tədris materialları yeni nəsil fermerlərin yetişməsi üçün çox faydalı olacaq.

Təhsil naziri Ceyhun Bayramov layihənin nəticələri barədə məlumat verib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts deyib ki, bu layihə ölkədə kənd təsərrüfatı üzrə peşə təliminin keyfiyyətliliyinin artırılması məqsədi daşıyır.