Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-11 17:36:00
Peşəkar mühasib sertifikatı üzrə test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 dekabr 2022-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 44 nəzarətçi‑müəllim, 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

 

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.

 

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 3 həftə ərzində elan olunacaq.