Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-13 16:28:00
İbtidai sinif rus bölməsi üzrə vebinar keçiriləcək  

ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

 

AzEdu.az xəbər verir ki, növbəti vebinar 15 dekabr tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Məsələ həlli” mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində Bakı şəhəri İ. Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova çıxış edəcək.

 

Qeyd edək ki, vebinar ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.