Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 10:23:00
Nazir: "Uşaqlar imtahanlarda arzu etdiyimiz nəticəni göstərmirlər"

“Təhsilverənlərin setifikatlaşdırılmasını həm də əməkhaqqı islahatı kimi müzakirə etməliyik. Bu, təkcə təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi islahatı deyil”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, tənqidlər hər zaman olur: “Biz başa düşməliyik ki, niyə problemlər var. Biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Bunun niyəsini tapmaq lazımdır. Biz 30 il ərzində ancaq nəticələr barəsində düşünmüşük. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var”.

 

APA