Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-15 10:32:00
“Mərkəzi Aran rayonlarında da sertifikasiyanın nəticələri aşağı olacaq"-Nazir  

“Gələn il yerdə qalan regionlarda da sertifikasiya imtahanları keçiriləcək. Əlimizdə olan bəzi statistik rəqəmlərə əsaslanaraq demək olar ki, təxminən 10-20 rayonda müəllimlər sadə suallara cavab verə bilməyəcək”.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

 

Nazir xatırladıb ki, bunu əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun bilmək olar:

 

“Mərkəzi Aran rayonlarında da nəticələr aşağı olacaq”.

 

Report.az