
Sentyabrın 28-də saat 15:00-da Azərbaycan İlahiyyat İnstitutunda AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Gəncliyin fəlsəfəsi” mövzusunda mühazirəsi dinləniləcək. AzEdu.az "Azərtac"a istinadən xəbər verir ki, məruzə eramızdan əvvəlki dövrdən bu günə qədər gənc yaşda ugur qazanıb, tarixdə əhəmiyyətli rol oynayan şəxsiyyətlərin nümunəsində gəncliyin fəlsəfəsi mövzusuna həsr edilib.
Əsas məqsəd gəncliyin öz potensialını vaxtında və düzgün qiymətləndirməsi, bilik və bacarıqlarını həm özü, həm də millətinin inkişafı yönündə istifadəsinə dair təcrübələri bölüşmək, həmçinin mövzu ətrafında geniş fikir mübadiləsi aparmaqdır.
Qeyd edək ki, mühazirədə ali məktəblərin 1-ci kurs tələbələri, müəllimlər və digər maraqlanan şəxslər iştirak edə bilərlər.