
“Repititorlar başqa planetdən gələn adamlar deyil. Onlar eyni müəllim, eyni şafgirddir”.
AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, problemin kökünü axtarmalıyıq: “Necə olub ki, məktəb müəllimi dərsdən kənarda daha yaxşı nəticə göstərir? Müəllimlərin işə qəbulunu keçirəndən sonra artıq tanışlıqla işə qəbul olmaq istəyənlər azalıb. Bu, birölçülü sistemdir. Mən sistemə o insanı götürürəm ki, imtahanı yaxşı verir. Mən yaxşı danışanı məktəbə götürə bilmirəm. Çünki o vaxt tanışlıqla, xahişlə işə qəbul olmaq istəyənlər artacaq. Biz də sistem olaraq çalışırıq ki, başımız ağrımasın. Sistemdə vahidlik yoxdursa, haqlı və ya haqsız adamlar həmişə nəsə istəyəcəklər. Vahid mexanizmdə isə bir mexanizm olur”.
Apa.az