
Dekabrın 15-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün universitetin magistratura proqramları haqqında təqdimatla çıxış edib.
AzEdu.az xəbər verir ki, təqdimatda UFAZ-ın Təhsil departamentinin rəhbəri Lətifə Nəsibova UFAZ-da təhsilin üstünlükləri, ikili diplom, magistratura proqramları, qeydiyyat qaydaları və qəbul təqvimi barəsində məlumat verib.
Daha sonra UFAZ-ın Strasburq Universitetindən dəvət olunmuş daimi əsasda çalışan magistratura üzrə proqram koordinatorları Clara Jodry (Geoelmlər), Maxime Florent (Fiziki Kimya və Kimya Mühəndisliyi), Samer El Zant (Verilənlər Elmi və Süni Zəka) ixtisaslar haqqında ətraflı məlumat verib, tələbələri kurrikulum karyera və təcrübə imkanları ilə tanış edib.
Strasburq universitetinin vitse-prezidenti və UFAZ-ın Unistra tərəfindən koordinatoru Jean-Marc Planeix ADNSU tələbələrinə UFAZ master proqramlarının üstünlükləri və doktorantura pilləsində təhsil imkanları barədə məlumat verib.
Sonda ekspertlər tələbələri maraqlandıran sualları cavablandırıb.