Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-16 09:26:00
UNEC-də seminar keçiriləcək

UNEC-də “İnnovasiyanın insan amili: risklər və resurslar” mövzusunda onlayn seminar keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, mövzu ilə bağlı Ural Federal Universitetinin İnnovasiya və əqli mülkiyyət kafedrasının dosenti Eduard Patrakov təqdimatla çıxış edəcək.

 

15 dekabr 2022-ci il tarixində saat 15.00-da keçiriləcək seminarın I hissəsinə ZOOM platforması üzərindən https://zoom.us/j/97485843130 (код: 779088) linki vasitəsilə qoşula bilərsiniz.

 

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.