Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-16 11:49:00
ADNSU-da TAIEX layihəsi çərçivəsində seminar keçirilib

Kibertəhlükəsizlik mövzusunda TAIEX layihəsi çərçivəsində seminar keçirilib. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə 13 – 14 dekabr 2022-ci il tarixlərində “Kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi” adlı 2 günlük seminar baş tutub.

 

Avropa Komissiyasının TAIEX alətinin dəstəyi ilə həyata keçirilən tədbirin əsas məqsədi təcrübə mübadiləsi yolu ilə Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, o cümlədən İKT sahəsində ekosistemin, eləcə də qanunvericilik bazasının gücləndirilməsinə töhfənin verilməsidir.

 

AzEdu.az xəbər verir ki, seminar çərçivəsində Avropa Komissiyasının müvafiq ekspertləri tərəfindən “Kibertəhlükəsizlik və dayanıqlıq: kritik infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi”, “Kibertəhlükəsizlik sahəsində idarəetmə”, “Kibertəhlükəsizlik sahəsində qanunvericiliyə dair təcrübə mübadiləsi”, “Kiber potensialın gücləndirilməsi” və sair mövzular üzrə məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

 

Bu seminar çərçivəsində  AKTA -nın İdarə Heyətinin sədri,  sədr müavini və AKTA nümayəndə heyəti, Türkiyə Kiber Təhlükəsizlik Klastrı nüməyəndələri və Avropa Ekspertləri ADNSU -nin akademik  heyəti ilə görüş keçirilib. Görüş zamanı akademik məlumat, müəllimlər, tələbələr mübadiləsi müzakirə olunub və gələcək fəaliyyətdə əməkdaşlıq nəzərdə tutulub.