Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-16 12:29:00
AzTU-nun prorektoru Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə DAAD-nin Tbilisi regional ofisində “Universitetlərin beynəlmiləlləşmə strategiyasının inkişafı” mövzüsunda konfrans keçirilib. Azərbaycan Texniki  Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov konfransda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə nüfuzlu beynəlxlaq təşkilatların nümayəndələri, o cümlədən RWTH Aachen Universitetinin Beynəlxalq strategiya şöbəsinin rəhbəri Sara Wigger, Almaniya Rektorlar Konfransının nümayəndəsi Alexandra Feisthauer, Universitetlərin Beynəlxalq Assosasiyasının Ali təhsil və Beynəlmiləlləşmə üzrə meneceri Giorgio Marinoni (Fransa), baş məsləhətçi Peter Debreczeni (Macarıstan),  Lumiere Lyon-2 Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jim Walker (Fransa), Berlin Tətbiqi Elmlər və Texnologiya Universitetinin Qlobal qəbul üzrə şöbə müdiri Olivia Key və DAAD Tbilisi  Regional Ofisinin direktoru Gebhard Reul spiker qismində çıxış ediblər.  

 

Konfransda beynilmiləlləşmənin planlaşdırılması və idarə edilməsi, beynilmiləlləşmə və dayanıqlılıq, tədqiqatda beynilmiləlləşmə, dil siyasəti, tədris və təlimdə beynilmiləlləşmə, ali təhsil müəssisələrinin beynilmiləlləşməsində DAAD proqramlarının əhəmiyyəti mövzularında təqdimatlar edilib, plenar iclarlar və qrup işləri təşkil edilib.   

 

Qeyd edək ki, DAAD ilə AzTU arasında uzunillik əməkdaşlıq əlaqələri mövcuddur. Hazırda DAAD-nin lektoru AzTU-da alman dilinin tədrisinə cəlb olunub.