
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Geofizika” kafedrasının professoru Tofiq Əhmədov 19-30 dekabr tarixlərində Qazaxıstanın Aktau şəhərində yerləşən Ş.Yessenov adına Kaspi Texnologiya və Mühəndislik Universitetində mühazirə oxuyacaq.
AzEdu.az xəbər verir ki, Ş.Yessenov adına Kaspi Texnologiya və Mühəndislik Universiteti mühəndislik, elm və texnologiya sahəsində əlaqələri inkişaf etdirmək və yüksək ixtisaslı kadr hazırlığını həyata keçirmək məqsədilə dünyanın aparıcı təhsil müəssisələrindən müəllim və professorları universitetdə tədrisə cəlb edir.
Əməkdaşlıq çərçivəsində ADNSU-nun professoru 10 gün müddətində Ş.Yessenov adına Kaspi Texnologiya və Mühəndislik Universitetində gezofizika ixtisası üzrə mühazirə oxuyacaq, o cümlədən ADNSU-da təhsil və tədrisin keyfiyyəti barədə tələbələrə məlumat verəcək.