
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti SOCAR Downstream şirkətində olublar.
AzEdu.az xəbər verir ki, şirkət rəhbərliyi ilə universitet əməkdaşları arasında keçirilən görüşdə ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov universitetin fakültə və tələbə kontingenti haqqında məlumat verib, 2015-ci ildən bəri ADNSU-da təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb.
O, həmçinin dövlət və özəl müəssisələri ilə universitet arasında mövcud olan əməkdaşlıq əlaqələri haqqında da məlumat verib və bu gün ADNSU-da ixtisaslı və bacarıqlı mütəxəssis yetişdirlməsi üçün hər bir şəraitin olduğunu bir daha tədbir iştirakçıların diqqətinə çatdırıb.
Universitetlə sənaye müəssisələri, o cümlədən SOCAR Downstream şirkəti arasındakı əməkdaşlıq əlaqələrinin müzakirə olunduğu görüşdə gələcəkdə bu əlaqələrin daha da genişləndiriməsinin perspektivlərindən və yeni layihələrdən danışılıb.