
Lənkəran Dövlət Universitetində (LDU) keçirilən 2018-2019-cu tədris ilinin ilk elmi şurasında ilk müzakirəyə çıxarılan da “Yay imtahan sessiyasının gedişatı və yeni tədris ilinə hazırlığın vəziyyəti” olub.
AzEdu.az xəbər verir ki, LDU-da keçirilən elmi şuranı adəti üzrə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları salamlayaraq yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, çətin , məsuliyyətli olduğu qədər şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Gündəliyi açıqlayan universitet rəsmisi 2018-2019-cu tədris nilinə hazırlığın vəziyyəti barədə məruzə etmək üçün sözü tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərova verib.
“Yay imtahan sessiyasının gedişatı və yeni tədris ilinə hazırlığın vəziyyəti “ barədə geniş açıqlama verən İ.Əsgərov iştirakçılara görülən işlər barədə ətraflı danışıb, yeni tədris ilindən müasir tədris labaratoriyalarının fəaliyyətə başlamasını rəhbərliyin gərgin zəhmətinin bəhrəsi, professor-müəllim-tələbə heyətinə töhfəsi kimi dəyərləndirib. İdrak Əsgərov , həmçinin, həllini gözləyən bəzi məsələlər barədə danışıb.
“2018-ci il elmi tədqiqat işlərinin 6 aylıq (yarım illik ) hesabatını universitetin tədqiqat işləri və innovasiyala üzrə prorektor vəzifəsini icara edən professor Yədulla Ağazadə təqdim edib.Hesabat əsasən özünütənqid ruhunda olub və bu sahədə həllini gözləyən problemlərdən ətraflı bəhs edilib, çatışmazlıqlar cavabdeh şəxslərin diqqətinə çatdırılıb, konkret tapşırıqlar verilib.
Elmi şurada “Yeni tədris ilində daxili intizam qaydalarının gücləndirilməsi haqqında” sosial məsələlər üzrə prorektor dosent Kamran Kazımovun məruzəsi dinlənilib və bu sahəyə nəzarəti daha da gücləndirmək tövsiyə olunub.
Yeni tədris ilində LDU-nun texniki təchizatında mühüm yeniləmələr olub. Tətil müddətində I və II saylı tədris korpuslarında əsaslı təmir işləri görülüb, abadlıq və yenidənqurma işləri aparılıb. Həmçinin II korpusda müasir tipli yeməkxana istifadəyə verilib. Bu barədə məlumat verən təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyev su, kanalizasiya , elektrik və digər kommunikasiya xətlərində olan nasazlıqların aradan qaldırıldığını, istilik təsərrüfatının yeniləndiyini, yeni tədris avadanlıqlarının alındığını və bu istiqamətdə işlərin yekunlaşmaq üzrə olduğunu şura üzvlərinin diqqətinə çatdırıb. Bildirib ki, yaxın müddətdə əlavə tədris binasının tikintisinə start veriləcək.
“Beynəlxalq Əməkdaşlıq Şöbəsinin 6 aylıq( yarım illk) hesabatını şöbənin müdiri Zaur Məmmədov təqdim edib. Məruzə ətrafında keçirilən disskussiyada bu sahədə olan çatışmazlıqlar ətraflı təhlil olunub, dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi, tələbə mübadiləsinin həyata keçirilməsi, gənc tədqiqatçıların uğurla seçilərək xarici elmi konfranslarda iştiraklarının təmin edilməsinin təşkili şöbə əməkdaçlarına əsas vəzifə olaraq tapşırılıb.Professor Natiq İbrahimov işdə dönüş yaratmaq üçün şöbə rəsmisinə konkret tapşırıqlar verib və icrasına şəxsən nəzarət edəcəyini bildirib.
Elmi şurada bir sıra cari məsələlərə baxılıb, o cümlədən, vakant qalmış yerlərə qəbul edilmiş doktorant və disseratntların elmi rəhbərləri və disseratsiya mövzularının təstiqi müzakirə edilib.
Şurada müzakirə edilən bütün məsələlər barədə müvafiq qərarlar qəbul edilib.