Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-20 11:13:00
Müharibə veteranlarının təhsili ilə bağlı QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilib.

 

AzEdu.az xəbər verir ki, Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, əhalinin sosial həssas qrupuna aid daha iki kateqoriyadan olan tələbələr - ailə başçısını itirməyə görə əmək pensiyası alanlar və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər -Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına sosial təhsil tələbə krediti almaq hüququna malik şəxslərin siyahısına əlavə edilmişdir.