Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-20 13:37:00
80 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərir

2022-2023-cü tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 80 məktəbdə 124 sinfi əhatə etməklə fəaliyyətini davam etdirir.

 

AzEdu.az xəbər verir ki, cari tədris ilindən layihənin əhatə etdiyi bütün məktəblərdə “STEAM” və “Sürücülük” modulu tətbiq edilir, həmçinin bütün şagirdlərə karyera məsləhəti xidməti göstərilir.

 

2022-ci ildə peşə təmayüllü siniflərdən məzun olmuş şagirdlərin 28%-i əmək fəaliyyətinə, 12%-i ali, 7%-i orta ixtisas, 11%-i isə peşə təhsili almağa başlayıb.