Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-21 16:15:00
Növbəti TOEFL iBT imtahanı keçirilib  

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahanda 20 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının 2023-cü il yanvarın 14-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.