Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-22 10:04:00
ADNSU-nun əməkdaşı Portuqaliyada səfərdə olub  

ADNSU-nun Ümumi və tətbiqi riyaziyyat kafedrasının dosenti Nigar İsmayılova 12-16 dekabr tarixlərində Erasmus+ Magnus “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı” magistr proqramının hazırlanması layihəsi çərçivəsində Portuqaliyanın Tomar Politexnik İnstitutunda səfərdə olub.

 

AzEdu.az xəbər verir ki, səfər çərçivəsində N.İsmayılova institutun Smart şəhərlər tədqiqat mərkəzi, robototexnika, avtomatika və kompüter şəbəkələri laboratoriyaları ilə tanış olub, magistr tələbələrinə “Təbii dilin emalı” mövzusunda mühazirə və praktiki dərslər keçib.

 

Səfər çərçivəsində həmçinin institutun professor-müəllim heyəti ilə ADNSU-nun magistr, fəlsəfə doktorluğu dissertasiyalarına həmrəhbərlik, elmi və sənaye layihələri istiqamətində əməkdaşlığın davam etdirilməsi məsələləri də müzakirə olunub.