Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-22 10:42:00
Tələbələrə mühazirə dərsi istehsalat müəssisəsində keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri prof. Fariz Əmirov, dos. Gülnarə Əliyeva, dos. Tamilla Naibova, dos. Zaur Ağamalıyev və digər əməkdaşlar “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrə “Çörək, makaron, unlu qənnadı məmulatların texnologiyası” fənni üzrə mühazirə dərsini “Çörəkçi-Delta Group” MMC-də keçiblər.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə tələbələr sanitar və təhlükəsizlik qaydalarına uyğun olaraq təlimat keçiblər. Daha sonra istehsal müəssisəsi ilə tanış olan tələbələr çeşidli çörək, bulka və digər məhsulların hazırlanmasını canlı izləyiblər. Tələbələrə bildirilib ki, zavodda çox adda çörək növləri istehsal edilir və istehsal olunan məhsullar əl dəymədən hazırlanır.

 

Mühazirə dərslərinin birbaşa müəssisələrdə keçirilməsi tələbələrin bilik və  bacarıqlarının artırılmasında böyük rol oynayır. Bu zaman tələbələr nəzəri biliklərini praktikaya asanlıqla tətbiq edirlər.